SABAH qrupları layihəsi çərçivəsində ASAPES-SABAH xüsusi pilot qruplarının tələbələri SABAH VI Tələbə Debat Forumunda iştirak edir.
Dekabrın 17-19-da Təhsil Nazirliyinin SABAH qrupları və Milli Debat Proqramının birgə təşkilatçılığı ilə SABAH VI Tələbə Debat Forumu keçirilir.
“Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur” mövzusuna həsr olunan Forumda ümumilikdə 7 ali təhsil müəssisəsini təmsil edən 20 komanda mübarizə aparır.